Sentyabrın 30-da Kiyevdə «Kilsə və dini təşkilatların Ukrayna xalqına müraciətini» ekspertlər təsadüfi hesab etmir. Bu ilk növbədə Rusiyanın Ukraynaya təsir uğrunda mübarizədə Qərbə uduzmasından xəbər verir. Avropa İttifaqı kursunun müdafiəsinə yönələn müraciət Ukrayna pravoslav kilsəsinin mitropoliti Vladimir tərəfindən də imzalanıb. Bununla da o Moskva patriarxının ziddinə gedir. Deməli Ukraynada avrointeqrasiyaya meyl artıb və bu kurs üstünlük qazanıb. Nəticədə qazanan yenə də Qərb olur.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, bu Rusiya Pravoslav Kilsəsinə, onun vahidliyinə vurulan zərbədir. Rusiya ümid edir ki, Ukrayna pravoslavları mitropolitin seçimini dəstəkləməyə bilər. Ancaq hər bir halda kilsədə ziddiyyət yenə də Qərbin xeyrinədir.
azadlıq.info