Mühacir soydaşlarımız da Cəmil Həsənlini dəstəkləyir

Milli Şuranın prezidentliyə vahid namizəd Cəmil Həsənlini dəstəkləyən seçici və təşkilatların sayı artmaqda davam edir. Avstriyadakı “Avstriya-Azərbaycan Cəmiyyəti”nin üzvləri C.Həsənlini dəstəkləyən bəyanatla çıxış ediblər.

Müəlliflər rəsmi Bakının yenə seçkiləri saxtaladşırmağa hazırlaşdığını qeyd edirlər və ölkədə demokratik seçki mühiti olmamasını nəzərə çatdırırlar. Bəyanatda dövlət başçısı Ilham Əliyevin namizədliyini üçüncü müddətə irəli sürməsi elementar demokratik prinsiplərin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Və Avropada yaşayan azərbaycanlıların əksəriyyətinin C.Həsənliyə siyasi dəstək verdiyi qeyd edilir. Müəlliflər sərəncamlarında olan bütün resurslardan istifadə edərək C.Həsənlinin seçki kampaniyasına yardımçı olacaqlarını bildiriblər. Müəlliflər bütün seçicilərə müraciət edərək seçki günü C.Həsənliyə səs verməyə, nəticələr saxtalaşdırıldıqda demokratik vasitələrlə səslərini müdafiəyə çağırırlar. 

Bəyanatı “Avstriya-Azərbaycan Cəmiyyəti”nin üzvləri Hikmət Ibrahimoğlu, Şaiq Xanquliyev, Elxan Abbasov, Elşən Quliyev, Ramil Rasimoğlu, Ilkin Allahverdiyev, Etibar Rzayev, Natiq Xanquliyev, Samir Möhbalıyev, Elçin Səlimov və digərləri imzalayıblar(“Turan”).