Erməni deputat Sərkisyanı qumar oynamaqda ittiham edib

Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edərkən ona Dağlıq Qarabağ, Gömrük İttifaqı kimi məsələlər barədə suallar ünvanlanıb, Erməni deputat isə cənab Sarkisyanı qumar oynamaqda ittiham edib.

Ermənistan parlamentinin nümayəndəsi, AŞPA üzvü xanım Postanjyan onu Ermənistan xalqının səslərini oğurlayaraq prezident seçilməkdə ittiham edib. “Ona görə də siz erməni xalqının iradəsini və hakimiyyətini təmsil edə bilməzsiniz”, o deyib. O həmçinin Sərkisyanı qumar oynamaqda ittiham edib. “Sən (kazinoda) 70 milyon avro uduzmusan. Uduzduğun pulları kim ödəyib”, deyə sual edib. Sərkisyan xanım Postanjyana deyib ki, onun təmsil edən partiyanın namizədini seçkilərdə qalib gəlmək üçün kifayət qədər keyfiyyətləri olmayıb. O həmçinin Avropada heç bir kazinoya getmədiyini deyib. “Mən kazinolarda qumar oynamıram”, o deyib. “Təəssüf ki, mənim 70 milyon avrom yoxdu. Olsaydı, mən onun bir hissəsini sizə verərdim, siz də həyatınızda xoşbəxt olardınız və içinizdə belə pislik gəzdirməzdiz”, Ermənistan prezidenti bildirib. (bbc)