“Vatslav Qavelın zamanında Vətəninə verdiyini əminəm ki, Cəmil müəllim bu gün Azərbaycan xalqına verməyə qadirdir”
Azərbaycanın məşhur dövlət və ictimaiyyət xadimi Şıx-Əli Qurbanovun qızı, istiqlalçı deputat Gülnar Qurbanova seçiciləri Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb. Çağırışda deyilir:
“Cəmil Həsənli haqqında sonsuza qədər xoş sözlər danışmaq olar və bu gün belə bir imkanın mənim payıma düşdüyünə çox şadam. Axı ləyaqətli, dürüst, ağıllı, insanlara qarşı sevgiylə dolu bir insandan danışmaq danışan üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Cəmil Həsənli – ləyaqətli vətən oğlu; qayğıkeş, övladlarına nümunə olan bir ailə başçısı; sadiq dost; xalqımızın tarixini doğru işıqlandıran görkəmli alim… Bir sözlə, Cəmil müəllim “gözəl insan” anlayışına tam cavab verən Azərbaycanın nümunəvi vətəndaşıdır. Müasir siyasət dünyasının paklıq rəmzi olan böyük şəxsiyyət, adı bəşəriyyətin siyasi tarixinə əbədi olaraq qızıl həriflərlə yazılan dünyanın görkəmli ziyalısı Vatslav Qavelın zamanında Vətəninə verdiyini əminəm ki, Cəmil müəllim bu gün Azərbaycan xalqına verməyə qadirdir. Azərbaycanın səsvermə hüququna malik bütün vərətəndaşlarını layiqli həyat naminə CƏMİL HƏSƏNLİYƏ SƏS VERMƏYƏ ÇAĞIRIRAM!!!
GÜLNAR ŞIX-ƏLİ QIZI istiqlalçı-deputat, fəlsəfə doktoru”