Dünya İqtisadi Formunun ilk dəfə keçirilmiş yeni reytinq indeksi – “İnsan Kapitalı İndeksi” (Human Capital Index) adlanır.
“İnsan Kapitalı İndeksi” ölkələrin öz insan ehtiyatlarından nə dərəcədə səmərəli istifadə etməsinə baxır.
İndeksin əsasında ölkələrin sağlam, təhsilli və ixtisaslı məhsuldar qüvvələr və ya əməkçilər yetişdirmək qabiliyyəti dayanır.
Burada dörd əsas faktora diqqət yetirilib: Təhsil, Sağlamlıq və Səhhət, İşçi Qüvvəsi və Məşğulluq, Sağlam iş mühiti.
Bu baxımdan İsveçrə bir nömrəli ölkə hesab olunur.
Sonrakı yerləri Finlandiya və Sinqapur tuturlar.
Siyahıda ilk beşlik belədir:
1.İsveçrə
2.Finladiya
3.Sinqapur
4.Hollandiya
5.İsveç
Bu indeksdə Azərbaycan 64-cü yerdədir. Azərbaycan təhsil göstəricisinə görə 71, sağlamlıq göstəricisinə görə 94-cüdür. Azərbaycanın işçi qüvvəsi və məşğulluq göstərici 55-dir. Azərbaycan Qazaxıstan, Barbados, Birləşmiş Ərəb Əmirlikləri, Kosta Rika, Oman və Küveyt kimi ölkələrdən də geri qalır.