AXCP Mehman Hüseynovla bağlı bəyanat verdi

AXCP fotoreportyor Mehman Hüseynovun saxlanmasına etirazını bildirən bəyanat verib. Partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun facebook vasitəsilə yaydığı bəyanatda deyilir:

“Azərbaycan Xalq Cəbhəsi Partiyası gənc fəal, bloqçu Mehman Hüseynovun oğurlanaraq, hüquq mühafizə orqanları tərəfindən təzyiqə məruz qalmasını şiddətlə pisləyir.
Mehman Hüseynovun saxlanma forması, onun vəkili ilə təmas yaratmağa imkan verilməməsi özbaşınalıq və kobud qanun pozuntusudur.
AXCP baş verənləri azad və tənqidçi düşüncəyə qarşı növbəti zorakılıq kimi dəyərləndirir.
AXCP hakimiyyətdən tələb edir ki, növbəti səhvi etməkdən özünü saxlasın və Mehman Hüseynov sərbəst buraxılsın.
AXCP hakimiyyəti öz məsuliyyətini dərk etməyə, hüquq və azadlıqlara hörmət bəsləməyə çağırır”.