ABŞ-ın Çikaqo şəhərində qatar qəzası baş verib. Hadisə nəticəsində 48 sərnişin yaralanıb. Qatarların toqquşmasından sonra 33 yaralı təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Digər 15 nəfər isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. “Harlem Avenue” stansiyasında qeydə alınan qəza arxadan gələn qatarın qarşısındakına çırpılması nəticəsində yaranıb. Faktla bağlı araşdırmalar aparılır.