Proses saat 14.30-da başlayacaq
Qondarma ittihamla həbs olunmuş tanınmış vəkil Qurban Məmmədovun işi üzrə sabah – oktyabrın2-də Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası olacaq. Proses saat 14.30-da başlayacaq.
Xatırladaq ki, hazırlıq iclası sentyabrın 18-də keçirilmişdi.
Vəkil Süleyman Qasımov hazırlıq iclasında bir neçə vəsatət qaldırmışdı. Bu vəsatətlər bəzi şahidlərin adının siyahıdan çıxarılması, bəzilərinin adının siyahıya salınması ilə bağlı idi. Həmçinin Qurban Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 14 gündür bitdiyi, onun faktiki olaraq girov saxlandığı bildirilmişdi. Ancaq vəsatətlər təmin olunmamışdı və məhkəmə araşdırması oktyabrın 2-nə təyin edilmişdi.