«Iki prezidentin görüşü üçün bəzi hazırlıqlar lazımdır”
Iran prezidenti Həsən Ruhani ABŞ-a beş günlük səfərindən məmnun qalıb. H.Ruhani bildirib ki, bu səfər Iranla dünya ölkələri arasında konstruktiv qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm addım oldu: “Bu istiqamətdə mühüm addımlardan birinin ABŞ və Iran xalqları arasında əlaqələrin düzəlməsi olacaq.
Iki xalqın düşüncə və bir-birini tanıması üçün səylər davam etdiriləcək. Gərginliklərin artmasının qarşısının alınması və onun azaldılması üçün ABŞ və Iran xalqlarının əlaqələrinin inkişaf etdirilməsi istiqamətində daha sonra addım atılacaq. Daha sonra isə iki ölkənin mənafeyinin qorunması çərçivəsində razılığın əldə olunması mövzusunda səylər davam etdiriləcək”.
Iran prezidenti deyib ki, xarici siyasətdə dəyişikliklər xalqın milli tələbləri istiqamətindədir: “Iranın ali dini liderinin siyasəti çərçivəsində xalqın istəklərinin tətbiqedicisi olacam, Iran xalqına və xarici siyasətdə dəyişikliklərə əsaslanan öhdəliklərə bağlı qalacam. ABŞ səfəri və oradakı proqramlarım Iranın mövqeyi baxımından yaxşı bir fürsətdir. Irandakı seçkilər dünyanın bu ölkəyə olan baxışını dəyişdirdiyini və rəsmi Tehranın haqqı istiqamətində gözəl mesajların alındığı yaxşı bir mühit oldu”.
H.Ruhani həmçinin ABŞ prezidenti Barak Obama ilə telefon danışığının əsl mehvərinin də Iranın nüvə haqlarının qorunması çərçivəsində olduğunu vurğulayıb: “Bu telefon danışığı Ağ Evin tələbi ilə həyata keçirildi. Nyu-York səfərinin ilk günümdən etibarən amerikalıların görüşmək tələbləri gündəmə gəldi. ABŞ mətbuatının bu tələbi rədd etməyi rəsmi Vaşinqtonun ABŞ-ın alçaldılması şəklində şərh edilməsi doğru deyil. Iki prezidentin görüşü üçün bəzi hazırlıqlar lazımdır. Bu hazırlıqlar görülmədiyi üçün tələbi rədd etmək məcburiyyətində qaldım. ABŞ-ı tərk etməzdən əvvəl B.Obama ilə telefon danışığı da Ağ Evin tələbi əsasında reallaşdı və görüşdə xüsusilə Iranın nüvə məsələsi ətrafında fikir mübadiləsi aparıldı”(APA).