Oktyabrın 1-də Müsavat Partiyasının qərargahında Milli Şuraının mitinqinə hazırlıq müşavirəsi keçirilib.
Müsavat, AXCP və NİDA Vətəndaş Hərəkatının üzvlərinin iştirak etdiyi müşavirədə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı oktyabrın 5-də saat 16-dan 18-ə kimi Yasamal rayonundakı “Məhsul” stadionunda Milli Şuranın növbəti mitinqinin keçiriləcəyini elan edib. O bildirib ki, bu mitinqlər seçkilərin gedişinə ciddi təsir göstərəcək.
Bundan başqa seçki kampaniyasının ən vacib məqamı olan “qapıdan-qapıya” kampaniyasına start verilib.
Müsavat funksioneri daha sonra elan edib ki, oktyabrın 2-si Şəkidə, 3-ü Gəncə və Ağdaşda, 4-ü Sabirabad və Cəlilabadda, 6-sı Sumqayıtda, 7-sində isə Ağcabədidə Cəmil Həsənlinin seçicilərlə görüşü keçiriləcək.