Zahid Oruc keçmiş sədrini bəyənmədi
Prezidentliyə namizəd, millət vəkili Zahid Oruc bir müddət öncə Ana Vətən Partiyasının (AVP) sıralarından kənarlaşdırıldıqdan sonra onunla AVP sədri Fəzail Ağamalı arasında münasibətlər kəskinləşib. Bir vaxtlar isti münasibətləri ilə fərqlənən, uzun illər Milli Məclisdə “parta yoldaşlığı” edən deputatlar görəsən parlamentin bundan sonrakı iclaslarında da yanaşı əyləşəcəklərmi?
Modern.az saytının əməkdaşı bu gün payız sessiyasına başlayan Milli Məclisin iclasında adları çəkilən deputatlarla bağlı məsələni müşahidə etməyə çalışıb. Amma məlum olub ki, Zahid Oruc iclasa gəlməyib.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə tək oturub, onun yanındakı kreslo boş qalıb.
Indi maraqlıdır, AVP-dən çıxarılan Zahid Oruc keçmiş sədrinin yanında oturacaqmı?