Cəmil Həsənli İTV-ni məhkəməyə verib

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Namizəd ona ödənişli efir vaxtı verilməsindən imtina qərarının ləğvini istəyir. İddiaya oktyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Cəmil Həsənli İctimai Televiziyaya ödənişli efir vaxtı üçün sentyabrın 23-də müraciət edib. Televiziya ödənişli efir vaxtının ayrılması ilə bağlı müraciət müddətinin bitdiyini bəyan edərək imtina cavabı verib. Namizədin MSK-ya şikayəti isə faydasız olub.