Azərbaycan tarixində önəmli yeri olan dörd adaş

Maliyyə naziri Əbdüləli bəy 

Azərbaycan tarixində xüsusi rolu olan elə şəxslər var ki, onların adları uzun əsrlər keçsə də, unudulmur və dönə-dönə xatırlanır. Bu yazımızda belə məşhur şəxslərdən dörd nəfər, dörd görkəmli adaş ziyalı haqqında söz açacağıq. 

Onlardan biri Azərbaycan Cümhuriyyəti dövründə maliyyə naziri vəzifəsində çalışmış, Azərbaycan Milli Şurasının üzvü olmuş Əbdüləli bəy Əmircanovdur.

Əbdüləli Şirəli bəy oğluÿ1874-cü ildəÿŞəkiÿşəhərində anadan olmuşdur.ÿO, 1888-ci ildəÿTiflisdə müəllimlər Institutunu bitirdikdən sonraÿŞəki, LənkəranÿvəÿBakıdaÿmüəllim işləmişdir. Əbdüləli bəy Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərinin fəal təşkilatçıları olmuşlar.

Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmişdir. O, “Nəşri-maarif” cəmiyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman Ictimai Təşkilatlarının Müvəqqəti Icraiyyə Komitəsinin üzvü idi.

Əbdüləli bəyin 1918-ci ilin martında Bakıdaÿtürklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətləri olmuşdur. Onun böyük qardaşı, Moskva Universitetinin hüquq fakültəsinin məzunu, tanınmış hüquqşünas Qasım bəy Əmircanove ermənilər öldürmüşdü.

Ə.Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu”na (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarda Bakıda “Dəyanət” şirkətinin təsis olunmasında iştirak etmişdir. Əbdüləli bəy aprel işğalından sonraÿIstanbulaÿmühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O,ÿ1948-ci ildəÿIstanbuldaÿvəfat etmişdir.

Əbdüləli bəy Səltənət xanım Əlibəyova ilə ailə qurmuşdu. Fuad bəy, Rüstəm bəy, Rəşid bəy, Murad bəy adlı oğulları, Valiyə xanım, Məryəm xanım adlı qızları vardı. 

Maarifçi ziyalı Əbdüləli Muxtarov

Azərbaycanda maarifçilik ideyalarının yayılmasında önəmli xidmətləri olan şəxslərdən biri də Əbdüləli bəy Muxtarovdur.  Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Muxtarov Azərbaycanın uzaq kəndlərində müəllimlik etmiş, savadsızlığın aradan qaldırılmasında mühüm rol oynamışdır.  Əbdüləli bəy Bağır oğluÿ1855-ci ildəÿŞuşaÿşəhərində dünyaya gəlmişdir. O, ibtidai təhsilini molla yanında aldıqdan sonra Qəza məktəbində oxumuşdu. Daha sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olmuşdu. O, dövlətdən bəy ünvanı almışdı. Əbdüləli bəy müəllimlər seminariyasını tamamlayandan sonraÿQazax qəzasının ÿDağ Kəsəmən ÿkəndinə müəllim, bir müddət burada müəllim işləyəndən sonra Ağcabədi kənd məktəbinə müdir göndərilmişdi. Onun Ağcabədiyə gəlişi ilə bu bölgədə mədəniyyətin, maarifin, səhiyyənin səviyyəsi artmışdı. Ə.Muxtarov 1889-cu ildə Ağcabədiÿ kənd məktəbi əl işlərinin sərgisinə görə gümüş medalla təltif edilmişdi. Ağcabədi kənd məktəbinin müdiri Ə.Muxtarov yazırdı: “Ağcabədinin şəhərdən aralı olmasına və digər səbəblərə görə burada xalq maarifi çoxdandır ki, ləng inkişaf edirdi. Kəndli öz oğlunu heç olmazsa ana dilini öyrənmək üçün kənddə və ya kənarda məktəbə qoymağa çox nadir halda imkan tapırdı. Lakin burada məktəb açılması ilə get-gedə kəndlilər bu məktəbin faydasını dərk etməyə başlamışlar. Yeni məktəbin açılması ilə köhnə təhsilin xarakteri dəyişir. Köhnə qayda və üsul yenisi ilə əvəz edilir, yeni qayda təlimin tezliklə mənimsənilməsinə səbəb olur. Kəndlilərin öz uşaqlarının tərbiyəsinə cəhd etmələri də ancaq məktəbin təsiri ilə əlaqədardır”. Əbdüləli bəyin maarifçilik işləri, məruzələri, söhbətləri öz işini gördü. Savadlanan əhali get-gedə məktəbdə yeni siniflər açılmasını tələb edirdi. Əhalinin məktəbə münasibətindən və tələbindən bəhs edən Ə.Muxtarov daha sonra yazırdı ki, indi bir sinifli məktəbdə verilən təhsilin məzmunu kəndliləri təmin etmir və onlar məktəbi heç olmazsa 2 sinifli məktəbə çevirməyi tələb edirlər. O yazır ki, məktəbin tam kursunu bitirənlər aldıqları təhsil ilə kifayətlənmir. Təhsillərini davam etdirmək üçün digər məktəblərdə yer axtarırlar.

Ağcabədi kənd məktəbi nəzdində metereoloci stansiya təşkil edilmişdi. 1891-ci ildə məktəbin müdiri Ə.Muxtarov tərəfindən atmosfer yağıntısı üzərində aparılan aylıq müşahidələr dərc edilmək üçün Sankt-Peterburqa – Baş fizika rəsədxanasına göndərilmişdi. 

Əbdüləli bəyin Ağcabədidə apardığı mədəni-maarif işləri get-gedə öz bəhrəsini verirdi. Əhali arasında savadlanma artırdı. O, bəzən də həkimlik vəzifəsini də öhdəsinə götürür, camaata tibbi xidmət göstərirdi. 1892-ci ildə Ağcabədi kənd məktəbində aptek açılmışdı.ÿ1896-cı ildə Ağcabədi kənd məktəbinin müdiri Əbdüləli bəy Muxtarovun ZMS nəzdindəki ibtidai məktəbə müdir təyin edilməsi ilə əlaqədar olaraq Camal bəy Fətəlibəyov Ağcabədi kənd məktəbinə müdir vəzifəsinə təyin edildi.

Əbdüləli bəy uzun müddət Zaqafqaziya Seminariyasının hazırlıq sinfində dərs demişdi.

Şair Əbdüləli Bənna və din xadimi Mirzə Əbdüləli xan

Haqqında söz açacağımız tarixi şəxsiyyətlərdən biri də ötən əsrdə yaşamış şairdir.

Yusubov Əbdüləli Bənna 1897-ci il mayın 24-də Azərbaycanda Lənkəran şəhərinin Kiçik Bazar məhəlləsində anadan olmuşdur. O, ibtidai təhsilini mollaxanada almışdır. Gənclik dövründən bənnalıq sənətini özünə peşə edən Əbdüləli qəzəl, qəsidə, mərsiyə və digər lirik şeirlərini “Bənna” təxəllüsü ilə yazmışdır. Fəal şəkildə inqilabi hərəkata qoşulub Kommunist Partiyasına üzv olsa da çox çəkmədən partiya sıralarından xaric edilmişdir. Bənnanın zəngin ədəbi irsi günümüzə çatmamışdır. Lənkəran şairlərinin mərsiyələr toplusunda – “Güləfşan”da üç mərsiyəsi var. Əbdüləli Bənna 1958-ci ilin payızında vəfat etmiş, Lənkəran yaxınlığındakı Kiçik Bazar qəbiristanlığında dəfn olunmuşdur.

Söz açdığımız görkəmli şəxslərdən biri də Təbrizdən olan Mirzə Əbdüləli xandır.

Mirzə Əbdüləli xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Dibaÿ 1870-ci ildəÿTəbrizÿ şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük din xadimlərindən idi. Oğlu Əbdüləliyə əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.

Mirzə Əbdüləli xan sonra Nəcəf şəhərinə yollanmışdı. Burda tanınmış molla-müctəhidlərin yanında təhsilini kamilləşdirmişdi. O bir çox elmlərə bələd olduqdan sonra dini işlərə maraq göstərmişdi. Bu yolda ictihad dərəcəsinə yüksəlmişdi. Mirzə Əbdüləli xan Təbrizdə Məşrutə hərəkatı başlayanda istər-istəməz siyasi işlərə qarışmalı olmuşdu. Qardaşının biri Səttar xanın, digəri şahpərəstlərin başçısı Eynüddövlənin yanında idi.

Mirzə Əbdüləli xan Diba məşrutəçilər tərəfindən Əbdülməcid Mirzə Qovanlı-Qacarın yanına danışıqlara getmişdi. O, Şeyx Məhəmməd Xiyabani ilə dost idi. 5-ci çağırış Iran Milli məclisinə vəkil seçilmişdi.

Mirzə Əbdüləli xanÿ1938-cu ildəÿTehrandaÿvəfat etmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir