Ölkəmizin adı 3 trilyonluq qalmaqalda hallanır
İranın xüsusi xidmət orqanlarına işləyən Azərbaycan “KQB”nin rəhbəri kimdir?
Bir neçə gün əvvəl 2007-ci ildə Frankfurtdan Moskvaya göndərilən 100 avroluq əskinazların 6 ildir hava limanında sahibini gözlədiyi barədə məlumat vermişdik. «Daily mail» nəşrinin yazdığına görə, sənədlər pulların 45 yaşlı İran vətəndaşına sahib olduğunu göstərir. Lakin bu şəxs Rusiya gömrükçülərinin müvafiq sənəd təqdim etmək tələbini cavabsız qoyduğundan pullar heç kimə çatmayıb. O heç pulları almaq üçün Moskvaya da gəlməyib. Bu pulların kimə çatacağı göstərilməsə də, bunun Səddam Hüseynə məxsus olduğunu ehtimalı var. Bəzi məlumatlara görə isə pullar Liviyanın keçmiş diktatoru Müammar Qəzzafiyə məxsusdur.
16,75 mlrd avroluq yük 6 il müddətində Moskva hava limanında sahibini gözləyib. Pullar yüksək təhlükəsizlik şəraitində silahlı mühafizə altında hər biri 100 mln avro olan təxminən 200 altlıqda saxlanılır.
Bu günlərdə mühavfizə olunan 16.75 milyard avroluq vəsaitlə bağlı yeni maraqlı məlumatlar üzə çıxıb. Artıq neçə ildir ki, bu pulları mühafizə edən şəxsin verdiyi məlumatlarda Azərbaycanın da adı hallanır.
«Moskovski Komsomolets» qəzetində dərc olunan geniş məqalədə 2007-ci ildən bəri sahibi tapılmayan külli miqdarda pul vəsaiti ilə bağlı bəzi müəmmalar işıq üzü görüb. Bu barədə ilk məlumat mətbuatda getdikdən sonra böyük rezonansa səbəb olub. «Şeremetyevo» hava limanından mətbuatda yayılan məlumatları qətiyyətlə təkzib etsələr, rəsmi struturlar baş verənlə bağlı heç bir məlumat verməsələr də sirin açılma vaxtı çatdı. «Moskovski Komsomolets» 2007-ci ildən bəri bu qiymətli yükə nəzarət edən şəxslə müsahibə götürməyə nail olub. Özünü İvan kimi təqdim edən şəxsin neçə illərdir vəzifəsi 16.75 milyardın ona məxsus olduğunu iddia edən şəxslərlə sorğu-sual aparmaqdır. Amma bu «yükü» əldə etmək üçün şəxs gərək oyundakı kimi xüsusi «tapmacaları» taparaq, düzgün «açarları» təqdim etməlidir. Amma neçə illədir ki, iddiaçılardan heç biri gərəkən sənədləri təqdim edə bilməyib. Ötən müddət ərzində kimlər bu pullara iddia etməyib. Çeçen mafiyası, Ukraynanın xüsusi xidmət orqanları, «Əl-Qaida». İvanın qəzetə təqdim etdiyi materialları, XİN tərəfindən verilən bir neçə xarici pasportu incələdikcə, əksər suallara cavab tapıldı. Qəzetin pulları mühavizə edən şəxslə müsahibəsinin maraqlı hissələrini diqqətinizə çatdırırıq:
ABŞ İran üçün 6 trilyon dollar çap edib
– Mənim sizə iki sualım var (ilk görüşümüz zamanı İvan məndən soruşdu – M.K). Birincisi, siz özünüz bu pulların mövcudluğuna inanırsınızmı və baş verə biləcəklərə görə qorxmursunuzmu?
– İnanıram. Çünki bu barədə bizə məlumat verən mənbə etibarlıdır. İkinci suala gəlincə isə artıq qorxmaq üçün gecdir.
– O zaman məndən başqa sizəheç kimin aça bilməyəcəyi sirrləri açım. Əvvəldən başlayım.
ABŞ ilə İran arasında münasibətlərin normal olduğu vaxtlarda Amerika İrandan neft alırdı. Əlaqələrin müəyyən bir dövründə, səhv etmirəmsə 1992-ci ildə amerikanlılar İrana nağd formada ödəniş etməkdən bezdilər (İran neftə görə ödənilməli vəsaiti yalnız nağd formada qəbul edirdi). O zaman Amerika hökuməti İrana belə Federal Ehtiyat Sisteminin iki zabitini göndərməyi təklif etmişdi. Həmin şəxslər özləri ilə birgə Amerikan valyutasının çap dəzgahlarını gətirməli idilər. Bununla İrana ödənilməli valyuta elə İranın ərazisində çap olunacaqdı. Təklif qəbul olundu və İran nüvə proqrammı ilə bağlı fəaliyyətə başlamaq niyyətini bəlli edənə qədər hər şey normal gedirdi. Bu niyyət nümayiş etdiriləndən sonra amerikanlılar zabitlərini geri çağıraraq, çap dəzgahını geri apardılar. Amma ötən müddət ərzində xeyli əskinaz çap olunmuşdu. ABŞ bu əskinazların yalnız kağız parçası olduğunu bəyan etdi və çap edilmiş əskinazların nömrələri Federal Rezerv Sisteminin məlumatlar bazasından çıxarıldı. Nəticədə İran çap edilmiş altı trilyon dollarla nə edəcəyini düşünməyə başladı.
– Altı trilyon?
– Bəli. Siz düz eşitdiniz. İki il iranlılar düşündülər. Nəticədə uzun müddət sürən konsultasiyalardan sonra 3 ölkədən ibarət alyans formalaşdırıldı. Bu alyansa Rusiya, Almaniya və İtaliya daxil idi. Çap edilmiş bütün dollarlar İrandan Almaniyaya aparıldı. Frankfurtda bu vəsait avroya çevrildi. Bu çevirmə əməliyyatı zamanı İranlılar ciddi vəsait itirməli oldular. Bu məqsədlə yeni bez yüzlük avro əskinazlar çap edildi. Bütün xərclərdən sonra vəsait 3 trilyona düşdü. Amma bu proses başa çatdıqdan sonra Almaniya hökuməti bu iri məbləği 24 saat ərzində ölkələrindən çıxarmağı tələb etdi. Bu iri köçürməni Avropanın Mərkəzi Bankı tərəfindən lisenziya almış «Brinks» şirkəti həyata keçirdi. Nəticədə Almaniya ərazisindən çıxarılan pul vəsaitləri hazırda 27 ölkədə saxlanılır. Bu ölkələr sırasında Ukrayna, Qazaxıstan, Azərbaycan kimi keçmiş sovet ölkələri də var. Bu vəsaitlərin bir qismi nəinki təyyarələrdə, o cümlədən gəmilərdə, anbarlarda saxlanılır. Amma vəsaitin böyük hissəsi banklarda depozit formasındadır.
Almanlar pulları «yumaqda» İrana kömək etdi
– Təyyarədəki pulların sənədlərində «Deutche Bank» pul vəsaitini göndərən bank kimi qeyd olunur. Niyə məhz bu bank seçilib?
– Bu Almaniyanın ən böyük banklarından biridir. «Deutche Bank» eyni zamanda o dövr hökumətlə müəyyən münasibətləri olan bir bank idi. ABŞ «Deutche Bank»ın İrana kömək etməsi barədə şübhələnəndən sonra Amerikada xüsusi istintaq başladıldı. Bu araşdırma İranla əlaqəsi olan maliyyə qrumlarına qarşı aparılırdı. Nəticədə «Deutche Bank» Amerika tərəfindən sanksiyalarla üzləşmək təhlükəsi ilə üz-üzə qaldı. Nəticədə almanlar Şimali Koreya, İran kimi ölkələrlə əlaqələri bir dəfəlik kəsmək məcburiyyətində qaldı.
– Və bu yol ilə pulların bir qismi Rusiyaya gəlib çıxdı?
– Bəli. Özü də bu hadisə 2003-cü ildə baş verib. Özü də Rusiyada eyni mənbədən olan külli miqdarda pul vəsaiti yalnız «Şeremeyevo»da saxlanılmır. Rusiyada daha iki belə məkan var. Özü də «Şeremeyevo»da Rusiyadakı ümumi vəsaitin ən kiçik hissəsi saxlanılır. Ümumilikdə Rusiyada 150 milyard vəsait saxlanılır.
Söhbətimizə geri dönək. Amma pul vəsaiti Almaniyanı tərk edən kimi hökumət bəyan etdi ki, Almaniya çap olunan yeni əskinasların dövriyəyə daxil edilməsi üçün heç bir ehtiyac görmürlər. Yəni İran yenə də istifadə edə bilməyəcəyi vəsaitə sahib oldu. Amma bu dəfə altı trilyon dollar deyil, üç trilyon avro miqdarında. Amma Almaniya bununla belə bildirdi ki, müəyyən müddət sonra İranın əlindəki vəsait leqalaşdırıla bilər və bu barədə məlumat onlara qabaqcadan çatdırılacaq.
Pulun etibar edildiyi 3 şəxs
– Tutalım pul vəsaiti dolu təyyarələr bütün dünya üzrə paylaşdırılıb. Amma axı kimsə gərək bu «yüky» qaşılayaraq, qəbul etməliydi…
– Əməliyyatların tələsik formada yerinə yetirilməsi nəticəsində İran hökuməti bütün əməliyyatı yalnız 3 nəfərin adına rəsmiləşdirdi. Onlar hökumətin etibar göstərdiyi şəxslər idi. Bu şəxslərin üç nəsil əvvəli yoxlanaraq, etibar göstərilmişdi. Bu üç şəxsdən biri Fərzin Koroorian Motlanq idi.
– Deməli bu real bir adam idi. Bu onun real soyadı idi?
– Bəli. Özü də bu şəxs hələ də sağdır. Amma bu heç də onun üçün xoş bir situasiya deyil. Çünki bir qayda olaraq böyük maliyyə vəsaitinin etibar edildiyi adamlarda ciddi psixi problemlər yaşanır. Fərzinlə də bağlı eyni hal baş verib. O pulu özünə götürmək istəyib. Amma onun cəhdi uğursuzluğa düçar olub və onu Abu-Dabiyə aparıblar. Orada Ərəb hökuməti pulun mənbəyi haqda sorğu-sual ilə məşğul olub və sonda məlum olub ki, pul vəsaitinin İrana deyil, İsrailə aparılması nəzərdə tutulub. Fərzin geri dönən zama nonu insult vurub. Hazırda iflic vəziyyətin olan bu şəxs yalnız sağ əlini hərəkət etdirir. Bu ona pulun alınması üçün etibarnaməyə qol çəkməyə kifayət edir.
– Sizin vəzifəniz Rusiyada pulların fırıldaqçıların əlinə keçməsinin qarşısını almaq idi?
– Belə deyək. Məndən müəyyən şəxslər xahiş ediblər ki, keçən iilləri pul vəsaitini almaq üçün Rusiyaya gələn qrupa nəzarət edim. Bu qrupdan sonra Fərzinin etibarnaməsi ilə daha on qrup Rusiyaya təşrif buyurub. Bu qruplar sırasında milliyətcə erməni, kürd, yapon olub. Hətta «Əl-Qaida»dan da iddia irəli sürənlər olub.
– «Şeremeyevo»da bu məlumatı təkzib edirlər və hətta təklif etdilər ki, hava limanının ərzisini axtaraq…
– Sizi heç zaman həmin pulların saxlanıldığı anbara buraxmazlar. Diplomatik anbar deyilən bir məkan var. Bütün diplomatik poçt orada saxlanılır. Pul vəsaitləri həmin anbarın yanındakı tikilidədir.
– Pullar xüsusi vakuumlu bağlamada saxlanılır?
– Bəli pulların saxlanıldığı yerdə hərəkət datçikləri var. Əgər pulların yeri dəyişdirilərsə bu barədə Almaniyadakı banka məlumt gedir. Digər tərəfdən pulların saxlanıldığı bağlamalara xüsusi qaz balonları yerləşdirilib. Əgər bağlamalar icazəsiz açılarsa, hava ilə təmasa keçən qaz əskinasların rənginin dəyişməsinə səbəb olur. Keçən ilin avqustu üçün pulların saxlanmasına görə ödənilməli vəsait 21 milyon rubul təşkil edirdi. Amma hələ ki, bu vəsaiti heç kim ödəmək niyyətində deyil. Amma o da məlumdur ki, pulların hava limanında saxlanma müddəti 2013-cü ildə bitib.
Azərbaycanlı agent İrana işləyir
– Çoxları bu pulları əldə etmək istəyirdi?
– Çoxlu sayda cinayətkar qruplaşmalar bu pulların mövcudluğu barədə xəbərdardırlar. Amma İran hökuməti tərəfindən göndərilən real iddiaçılar da olub. Lakin onlardan heç biri lazımı «qapını» aça bilmir.
– Nəyə görə?
– Yuxarılarla razılaşdırılan müəyyən şərtlər var. Birincisi, bulun dalınca etibarnamə və müvafiq sənədlərlə gələn şəxs məlum telefon nömrəsinə sahib olmalıdır. İkincisi, bu şəxs Rusiya ərazisində şirkət açaraq bu pulları ölkə ərazisində investisiya formasında yatırmalıdır. Üçüncü şərt, bu pullar ölkə ərazindən çıxarıla bilməz. Və nəhayət dördüncü şərt, saxlanılan vəsaitin 50 faizi dövlət büdcəsinə köçürülməlidir.
– Fərzinin yerinə İran tərəfindən göndərilən digər şəxs barədə nə məlumatınız var?
– Əli. Bu onun real adı deyil. Bu şəxs Azərbaycan SSR-də KQB-yə rəhbərlik edib. Amma uzun zaman idi ki, bu şəxsdən məlumat yox idi. Amma bir müddət əvvəl bu şəxs yenidən «peyda» oldu. Onun pasportu 2010-cu ildə verilib. Bu şəxs Fərzinin ən etibar etdiyi adamlardan idi. Ən son verilən etibarnamə məhz ondadır. Ona bu sənəd mayın 29-u 2013-cü ildə verilib. O həqiqətən də İranın maraqlarını ifadə edirdi. Əli şəxsən İranın dini lideri ayatullahın etibar etdiyi şəxsdir. İyirmi dil bilir. Hamıdan çox o pulu əldə etməyə yaxın olub. Rusiya ərazisində Tümendə «Respekt 2000» şirkətini belə açdı.
– O zaman nəyə görə həmin şəxsə pullar verilmir?
– Onun müvafiq sənəd paketi yoxdur. Qaydalar isə belədir. Bəzi sənədlər olmadan vəsait ona verilə bilməz. Bir də onu deyim ki, bu vəsaiti mühafizə edən şəxslər bütün dünya üzrə bir-birilə əlaqə saxlayır. Ona görə ya mənim, ya da başqa mühafizəçinin yanına iddialı şəxs gəlirsə bu barədə digərləri də məlumat alır.
– Belə anladım ki, Fərzinin etibarnaməsi ilə hələ heç kim pulları ala bilməyib?
– Heç kim. Amma elə hallar da olub ki, köçürülən pullar sadəcə olaraq itib. Məsələn, bu köçürmələr zamanı Azərbaycanda saxlanılan 500 million avroluq «yük» yoxa çıxıb. Heç kim anlaya bilmir ki, bu necə baş verib.
– Bəs heç bir datçik və digər qoruma üsulları işə düşməyib?
– Bilmirəm. Bu barədə heç nə deyilmir. Yeri gəlmişkən Türkiyə də saxlanılan vəsait də az qala oğurlanacaqmış.
Türkiyədəki vəsait gəminin göyərtəsində saxlanılır. Bu oğurluğun qarşısını Amerikanın xüsusi xidmət orqanları alıb.
Hikmət