«Global» Təhsil Mərkəzinin rəhbəri Tərlan Yusifov hətta «dost»larına necə «atır»?
Bu yazını yazmaqda məqsədim yaxın dostum, 13 il onunla birlikdə yoldaşlıq etdiyim, 5 il bir yerdə oxudum, hazırda Amerikaya və Avropaya oxumaq üçün gəncləri göndərən Bakıdakı “Global” firmasının rəhbəri Tərlan Yusifovun saxtakarlıqları barədədir.
Mən Lənkəran Özəl Türk Liseyini, daha sonra Qafqaz Universitetini bitirib, son vaxtlara qədər Bakıda “A- kond” şirkətində mühəndis işləyirdim. Bir necə ay öncə Amerikada dil kurslarına getmək fikrinə düşdüm. Bu işi mənim üçün keçmiş tələbə yoldaşım və 13 illik “dostum”, əslən lənkəranlı Tərlan Yusifov üzərinə götürdü. Tərlan bu məqsəd üçün məndən üstü-üstə 2240 dollar pul alıb.
Bu pulları guya aşağıdakı məqsədlər üçün xərcləyəcək:
Qeydiyyat pulu – 95 dollar
Təhsil vəsaitləri – 75 dollar
Ev tapmaq xərci – 150 dollar
3 həftəlik, yarı intensiv günlük 3 saat kurs pulu – 440 dollar
Bundan əlavə 3 həftəlik evdə yerləşdirmə – 1050 dollar
Viza – 160 dollar
“Zəhmət” haqqı – 270 dollar.
Tərlan Yusifov həmin puldan cəmi 160 dollar viza üçün köçürüb və məlumatım olmadan mənə saxta sənədlər verib.
Amerikaya, Nyu-York ştatına çatandan sonra həmin dil kursunun yerləşdiyi ünvana gedəndə məlum oldu ki, buradakı dil kursuna mənimlə bağlı heç bir məlumat verilməyib. Qısası, həmin məktəbdə nə məni, nə Tərlan adlı şəxsi tanıyırlar. Nə təhsil haqqı ödənib, nə ev kirayəsi, nə digər xidmətlər. Bu barədə Amerikadakı dil kursundan da rəsmi məktub alım ki, onun adına bu məktəbdə heç nə yoxdur. (Məktub və tərcüməsi əlavə olunur). O da məlum olub ki, Tərlan Yusifov ABŞ-dakı bu məktəbin blankını saxtalaşdırıb. Həmin məktəbin rəhbərinin adından yalandan qol çəkib. (Həmin məktublar da əlavə olunur).
ABŞ-da Tərlanla əlaqə saxlayıb bu barədə Tərlanın özünü də məlumatlandırdım. Tərlan isə saxtakarlığının faş olduğunu görüb məni hədələməyə başlayıb ki, elə etmə, səni oradan tez-bazar qaytarım və sair. Sonra da ona telefonlara, çağırışlara cavab vermədi. Həm də bildirdi ki, guya həmin pulları ABŞ səfirliyində kiməsə verib, onunla işi həll edib. Halbuki, mən viza almaq üçün ABŞ səfirliyindən tam qanuni formada keçmişəm. Xatırladım ki, 5 il öncə də ABŞ-da dörd ay olmuşam, heç bir qüsura yol vermədən nəzərdə tutulan vaxtda geri qayıtmışam.
Beləliklə, Tərlan saxtakarlıq yolu ilə 2080 dolları (160 dollar viza pul çıxıldıqdan sonra) mənimsəyib və məni ABŞ-da ev kirayələmək, təhsil almaq sahəsində problem yaradıb.
Sonradan məlum oldu ki, Tərlanın “atdığı” təkcə mən deyiləm. O, gənc fəal Ramin Hacılıdan da 2 min dollar alıb və Maltaya göndərib. Orada məlum olub ki, Ramin üçün də mənzil, təhsil haqqı ödənməyib. Bu barədə Ramin Hacılının “vəkili” kimi çıxış edən Pərviz Əzimli atam, “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənovla əlaqə saxlayıb. Bildirib ki, Tərlan nəinki Sərrafı, Ramin Hacılını və digər bir neçə nəfəri də aldadıb. Biz bu barədə silsilə yazılar hazırlayacağıq. Atam da yuxarıda sadaladığım məlumatları ona göndərib. Bundan sonra Pərviz Tərlan Yusifovla əlaqə saxlayıb. Məsələnin ictimailəşdiyini görən Tərlan Yusifov atama zəng vurub. Gah deyib ABŞ-da adam var onun əlilə Sərrafın adını oradakı dil kursuna yazdırıb, sonra da onun ABŞ-da sərbəst olması üçün adını oradan sildirib. Onun dediklərindən belə çıxır ki, bunlar bir mütəşəkkil bir dəstədir. ABŞ səfirliyindən tutmuş oradakı dil kurslarınadək hər yerdə bunların adamı var və hər şeyi saxtalaşdıra bilirlər.
Məsələnin tündləşdiyini görən Tərlan gah bizi hədələməyə başladı ki, guya iş yerimdəki saxtakarlıqları bilir, məni faş edəcək, gah dedi həmin pulun 1000 dollarını zəhmət haqqı kimi götürüb (Hansı müqqavilə, hansı qəbzlə, hansı vergi ödənişi ilə bilinmir).
Bir tərfdən məni qorxutmaq istəyir, digər tərfdən də digər tələbə dostlarımı da üstümə xahişçi göndərir ki, mən bu işin üstündən keçim.
Bu barədə ölkənin müvafiq hüquq-mühafizə orqanlarına da müraciətlər etmişik və hələ də “Kaspian Plaz”da 4-cü mərtəbədə 2 min dollarlıq ofisdə əyləşib belə əməllərini davam etdirən Tərlanın bütün saxtakarlıqlarını ifşa etməkdə israrlıyıq.
Sərraf Əmənov, ABŞ