Ukraynanın kilsə və dini təşkilatların rəhbərləri ölkənin xarici siyasət kursunun inkişafına dair bəyanat qəbul edib. Bəyanatda Ukraynanın gələcək inkişafı üçün seçim qarşısında qaldığını deyilir və Avropa ilə tarixi bağlılığından söz açılır: «Ukraynanın gələcəyi tarixi köklərimizlə şərtləndirilib – avropalı xalqlar arasında müstəqil dövlət olmaq. Əminik ki, bu seçim Ukraynanın tarixi qonşusu Rusiyaya zidd ola bilməz. Çünki Rusiyanın da dövlətçiliyi, tarixi və əmədəniyyəti Avropa ilə sıx bağlıdır. Ümid edirik ki, rus xalqı Ukraynanın müstəqil dövlət kimi hüququnu tanıyacaq və ona hörmətlə yanaşacaq».
Xatırladaq ki, Ukrayna noyabrda Vilyusda «Şərq tərəfdaşlığı» sammitində Aİ ilə assosiasiya sazişi imzalamaq niyyətindədir.
azadlıq.info