«Əl-Qaidə» ilə əlaqəli olan qruplaşma Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Ankara və İstanbulda terror aktları törədəcəkləri ilə hədələyib. Terrorçular Türkiyədən yaraqlıların Suriyanın Azaz şəhərində nəzarəti ələ alandan sonra bağladığı Bab əl-Hava və Bab əl-Salam buraxılış məntəqələrini açmağı tələb edib. Bunun üçün onlar Ərdoğan hökumətinə bir həftə vaxt verib.
Bundan başqa təşkilat may ayında Reyhanlıda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu hadisə zamanı 53 nəfər ölüb, 100-dən artıq şəxs isə yaralanmışdı.
azadlıq.info