«Dünyanın heç bir yerində, hətta Rusiyada da öz vətənini satanlara hörmət etmirlər»
Ermənistanın “Lragir” qəzeti növbəti dəfə Rusiya ilə münasibətlərdən bəhs edən məqalə dərc edib. Qəzetin yazdığına görə, Rusiyanın birinci ermənisi hesab edilən Ara Abramyan Vladimir Putinin Moskvada kafedral kilsənin açılışında iştirak etməməsindən hiddətlənib. Açılış mərasimində Sərkisyanın təbrik etdiyi Moskva meri Sobyanin də iştirak etməyib.
Əvəzində mərasimdə Ermənistanın və Rusiyanın bütün iri iş adamları iştirak edib, çünki bu mərasimin təsirliyi təbiilik aktı şəklini almalı idi: Putin iştirakı ilə onlara “xaç çəkməli” və sovqatları almalı idi. Məqalə müəllifinin sözlərinə görə, Ara Abramyanın qəzəbini anlamaq çətin deyil. Çünki o, Ermənistanın Rusiyanın təbəəliyinə qayıtması üçün xeyli pul xərcləyib, nə qədər alçaltmalara dözüb, Putin isə gəlmədi.
Avropa Ittifaqı və Gömrük Ittifaqı ilə bağlı bütün bu qarışıqlıq bir anda kristallaşdı. Ermənistanın bütün siyasi-iqtisadi resurslarını və dövlət-siyasi institutları qəsb edən erməni kriminal oliqarxiyası öz komprador mahiyyətini üzə çıxardı (baxmayaraq ki, Levon Ter-Petrosyan onlarla birgə demokratik-burjua inqilabı həyata keçirib).
Politologiyada daxili və xarici bazarlar arasında əlaqə yaradan və müstəmləkəçi ilə sıx əlaqəli olan burjuaziya komprador hesab olunur. O, qeyd-şərtsiz onu müxtəlif məqsədlər üçün istifadə edən xarici kapitala tabedir. Müstəmləkəçilər məhz bu mühitdən satrapları seçir. Komprador burjuaziyasının əsas məqsədi milli-demokratik inqilabdan imtina və antimilli, imperiyayönlü mövqedir. Başqa sözlə, komprador burjuaziya öz mövqelərini qoruyub saxlamaq üçün hər şeyi, hətta vətəni satmağa hazırdır.
Maraqlıdır ki, Serj Sərkisyan Gömrük Ittifaqına birləşmək niyyətini açıqlayandan sonra həmin adamlar bu ittifaqda meyvə və tərəvəzləri satmağın asanlaşacağını bildirdilər.
Erməni “burjuaziyası” – kriminal oliqarxiya Ermənistanın diversifikasiyanın həyata keçməsinə, başqa sözlə, suverenliyinin möhkəmlənməsinə imkan verməmək üçün Rusiyanın şantaj və hədəsində fəal iştirak edib. Avropaya istiqamətlənmə Ermənistanın mövqelərinin möhkəmlənməsinə gətirib çıxara bilər.
Dövlət yalnız konkret beynəlxalq rolu həyata keçirəndə dəyərli olur.
Bundan əlavə, Avropaya istiqamət alanda kriminal erməni oliqarxiyası ya islahatlara məruz qalmalıdır (bu da mümkün deyil), ya da səhnədən getməlidir. Məhz buna görə kriminal oliqarxiyanın maliyyə-təbliğat resursu, o cümlədən Rusiya şantajı Ermənistanın müstəmləkə durumunun və onun beynəlxalq təcrid vəziyyətində saxlanmasına yönəlib.
Buna görə də onlar Putinə öz səylərini təqdim etmək və ondan “xeyir-dua” almaq üçün Moskvaya gedib. Ancaq Putin bu kütlə ilə bir sırada dayana bilməzdi. Dünyanın heç bir yerində, hətta Rusiyada da öz vətənini satanlara hörmət etmirlər. Putin bir sırada dayanmaqla onlarla “əlbir” olardı. Ermənistan artıq onun üçün başağrısına çevrilib və bu başağrısının müəlliflərinin şəxsi maraqlarına görə məsuliyyəti öz üzərinə götürməyə heç bir zərurət yoxdur. Onların beynəlxalq təcrübədə olduğu kimi məhv etmək lazımdır. Məhv etməzdən əvvəl isə metropoliyada inşa edilən erməni kilsəsinə toplamaq lazımdır.
Erməni komprador “elitası”na isə yanlış olaraq elə gəlir ki, onlar özlərini və əmlaklarını qoruya bildi.
Fizzə