İdarə müdiri seçki prosesinə müdaxilə edir

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsinin 19 saylı məntəqəsinin qarşısında vurulan lövhəyə Ilham Əliyevdən başqa heç bir namizədin plakatının yapışdırılmasına imkan verilmir.

Bu barədə məlumat “Azadlıq”a Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahından daxil olub. Məlumatda deyilir ki, həmin məntəqə Hacıqabulda Talış-Kür Kəmər Idarəsinin inzibati binasında yerləşir. Idarənin rəisi Eldəniz Həsənov adlı şəxsdir. Məhz onun göstərişi ilə məntəqənin qarşısındakı lövhəyə Ilham Əliyevdən başqa heç bir namizədin plakatının vurulmasına imkan verilmir. 

Idarə müdirinin bu hərəkəti seçki qanunvericiliyə ziddir. Bu birbaşa seçki prosesinə qanunsuz müdaxilədir.

Azad