Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Müşahidə qrupu Suriya Hava Qüvvələrinin bu gün Raqa şəhərində məktəbi bombaladığını bildirib.
Hələb şəhərindən 160 kilometr şərqdə Raqa mart ayından – prezident Bəşar Əl-Əsədin hakimiyyətdən devrilməsi üçün döyüşlər başlayandan bəri üsyançıların nəzarətindədir.
Bundan başqa Suriyada olan BMT kimyəvi silah mütəxəssisləri kimyəvi hücumlara dair dəlil-sübut toplamaq üçün 7 əraziyə baş çəkmək məqsədilə yerləşdikləri mehmanxananı tərk edib.
Bu kimyəvi silah mütəxəssisi qrupu Kimyəvi Sİlahlarının Qarşısının Alınması Təşkilatının göndərdiyi qrupdan fərqlidir.