Ginnesin “Rekordlar kitabı”na düşən Quran FOTO

Müqəddəs Qurani Kərim qara bez üzərinə nəqş olundu. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyanın Hələb şəhərində yaşayan bir dərzi 12 il ərzində müqəddəs kitabın ayələrini qara bez üzərinə köçürüb və cildləyib. Bu sahədə ilkə imza atan dərzi Hadrinin adlı Ginnesin “Rekordlar kitabına” düşəcək.

Hadri Quranı qara bez üzərinə 2000-ci ildən yazmağa bağladığını bildirib: ”Uşaq yaşlarımdan Quranı yazmaq arzum var idi. Dərzilik peşəsini tam öyrəndikdən sonra Quranı fərqli, xüsusi bir şəkildə yazmaq istədim. Həyat yoldaşımla məsləhətləşərək, daim planlar qururduq. İplə ilk olaraq, “veme tevfigi, ille billeh” yazdım. Çox gözəl bir görüntü ortaya çıxdı. Sonra “Vaqiə” surəsinin hamısını yazdım. Bunu görən hər kəs bəyəndi. Bundan sonra Quranı- Kərimi yazmağı fikrimdə qətiləşdirdim. Bunda da həyat yoldaşımdanda böyük dəstək gördüm”.

Uzunluğu 80, eni 60 santimetr olan bezlərin üzərinə nəqş olunmuş müqəddəs kitabın hazırlanmasına din xadimləri nəzarət edib.

Suriyalı dərzinin qara bez üzərinə yazdığı Quranın bu gün Dubayda sərgiyə çıxarılacaq, Bunun ardınca isə kitabın bir çox müsəlman ölkələrində nümayiş olunacağı gözlənilir.