Polis Sabirabadda Cəmil Həsənliyə qarşı

Sabirabad rayonunda artıq polis siyasi tərəf rolunu oynamağa, lap dəqiq ifadə etsək, Ilham Əliyevin vəkili kimi çıxış etməyə başlayıb. 

Polis Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin təşviqatı ilə məşğul olanlara hədə gəlir, bir çox yerlərdə müxalifətçilər həbslə “müjdələnib”.

Ötən gün AXCP-nin yerli şöbəsinin fəalı Sahib Rüstəmli də polisin təzyiqinə tuş gəlib. Polis onun idarə etdiyi avtomobili absurd əsasla cərimə meydançasına aparıb. Buna səbəb avtomobildə təşviqat plakatının gəzdirilməsidi.

Sahib Rüstəmli bildirir ki, plakatın avtomobildən götürülməsi xəbərdarlığını ona icra hakimiyyətindən də, polisdən də göndəriblər. O isə deyib ki, bu xəbərdarlıq qanunsuzdur, ona əməl etməyə borclu deyil.

S.Rüstəmli təşviqat kampaniyasında üzləşdiyi qanunsuzluqla bağlı DSK-ya müraciət etsə də, onlar da şikayətə biganə qalıb.

S.Rüstəmli bildirir ki, baş verənlərlə bağlı MSK və DIN-nə müraciət edəcək.

Siyavuş