Hökumət Hafiz Hacıyev üçün mitinqi necə təşkil edir?

Müəllimlərə, tələbələrə və hətta YAP-çılara aksiyaya getmək tapşırılıb 

“Bizi məcbur edirlər ki, Hafiz Hacıyevin mitinqinə gedin”. Bu sözləri “Azadlıq”a Bakı Dövlət Universitetinin adının çəkilməsini istəməyən bir qrup müəllimi deyib. Onların sözlərinə görə, Hafiz Hacıyevin mitinqində adam olsun deyə BDU-nun müəllim və tələbərinə mütləq həmin aksiyaya getmək tapşırılıb. Bu isə müəllimlər tərəfindən narazılıqla qarşılanıb.

Məlumatlara görə, başqa universitetlərə eyni göstəriş gəlib. Hətta məktəblərə də belə bir göstərişin verildiyi bildirilir.

Beləliklə, Ilham Əliyevin əbədi müttəfiqinin mitinq hazırlıqlarını hakimiyyət aparır. Bəzi məlumatlara görə, Hafiz Hacıyevin mitinqinə YAP-ın üzvlərinin də göndəriləcəyi planlaşdırılır. Lakin bir çox YAP-çılar buna etiraz edir. Onlar YAP-çıların Hafiz Hacıyev kimi bir adamın mitinqinə qatılmasını hakim partiyaya təhqir sayırlar.