Gültəkin Hacıbəyli Səməd Seyidovun cavabını verdi

“Görün hakimiyyətin vəziyyəti nə qədər gərgindir ki, ağır artilleriyasını qadın qeybətləri səviyyəsinədək xırdalayır”

YAP-çı deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçmiş həmkarı Gültəkin Hacıbəyli haqqında məqalə yazıb. YAP-çı deputat əsasən Gültəkin Hacıbəylinin Milli Məclisin və AŞPA nümayəndə heyətinin üzvü olduğu dövr üzərində fokuslaşıb və onu mənfi xasiyyətə malik biri kimi təqdim etməyə çalışıb.
Bir növ siyasi dedi-qodu janrında olan bu yazıya Gültəkin Hacıbəylinin mövqeyini öyrənmək istədik. Keçmiş millət vəkilinin cavabı qısa oldu: “Görün hakimiyyətin vəziyyəti nə qədər gərgindir ki, öz ağır artilleriyalarını qadın qeybətləri səviyyəsinədək xırdalamağa məcbur olur. Mən Səməd Seyidovun yazısına heç bir qiymət verməyəcəyəm. Bu səviyyəsiz yazının altına imza atmaqla Səməd Seyidov özü-özünə qiymət verib”.