YAP Zərdabda biabır oldu VİDEO

Rayon camaatı hakim partiyanın mitinqində hakimiyyətin layiqli cavabını verdi

Zərdabda YAP-ın Ilham Əliyevə dəstək aksiyasında bibarbıçılıq baş verib. Bu barədə redaksiyamıza Zərdab sakinləri məlumat verib.
Onların sözlərinə görə, hakim partiyanın yerli təşkilatı və rayon icra hakimiyyəti mitinqə xeyli adam yığmaq üçün büdcə təşkilatlarına tapşırıq verib. Lakin gözləntilər özünü doğrultmayıb. Mitinqə çox az sayda adam qatılıb.
Bundan başqa aksiyada Zərdabdan deputat seçilən Jalə Əliyeva və YAP-ın yerli təşkilatının sədri də çıxış edərkən pərt olublar. Jalə Əliyeva çıxışında aksiya iştirakçılarına “Zərdab yurdunun gəncləri kimə ses vərəcəksiz?” deyə sual ünvanlayıb. Deputat gözləntilərinin əksinə olaraq sualı cavabsız qalıb.
Bu zaman YAP-ın yerli təşkilatının sədri aksiya iştirakçılarını “Ilham! Ilham” deyə şüar səsləndirməyə çağırıb. Lakin yenə də heç kimdən səs çıxmayıb. Əksinə aksiya iştirakçıları ərazini tərk etməyə başlayıblar. Bunun qarşısını almaq üçünsə aksiya keçirilən stadionun qapısını bağlamaq göstərişi verilib.