İnzibati həbs cəzasına məhkum edilmiş gənclər – AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və onun dostları Coşqun Salahovla Ülvi Nuriyev barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim olunub. Məlumatı “Media forum” saytına vəkil Fəxrəddin Mehdiyev verib.
Apellyasiya şikayətində Nəsimi məhkəməsinin çıxardığı qərarın ləğv olunması istənilib.
Adıçəkilən gənclər sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra tutulublar. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Coşqun Salahovu 30, Türkel Kərimlini 25, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan mərhum edib.
Türkel Kərimli və dostlarının işindən apelyasiya şikayəti verildi
•