Obama Ruhani ilə görüşə ümid edir

ABŞ prezidenti Barak Obama iranlı həmkarı Həsən Ruhaninin görüş təklifini hələlik geri çevirməsindən narahat deyil və hələ də Iranla ikitərəfli müzakirələr aparmaq istəyir.

 

Bunu Ağ Evin sözçüsü Cey Karni bildirib. Onun sözlərinə görə, B.Obama Iranla ABŞ arasındakı anlaşılmazlığın aradan qaldırılması üçün açar rolunun nüvə məsələsinə siyasi həll yolu tapılması olduğuna inanır: “Bunun üçün də rəsmi görüşlərdə nüvə məsələsi əsas diqqət mərkəzində olacaq”.

C.Karni deyib ki, iki ölkə prezidentinin BMT-də qarşılaşmaları əvvəldən planlanmış cəhd olaraq xarakterizə edilməməlidir: “Indiyədək ABŞ və Iran prezidentləri qarşılaşmayıblar. Ancaq Obama Ruhani ilə görüşə biləcəyinə ümid edir”(APA).