Mijatovic həbsdəki bütün jurnalistləri azad etməyə çağırıb

Azərbaycanda məhkəmə Tolışi Sədo qəzetinin redaktoru Hilal Məmmədova beş il həbs cəzası kəsəndən sonra, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic Azərbaycan hakimiyyətini jurnalistlərin “təqib olunmasını dayandırmağa” çağırıb.

“Mən 2012-ci il noyabr ayında Bakıya rəsmi səfərdə ikən Məmmədov və digər həbs olunmuş jurnalistlərə baş çəkmişəm və hakimiyyətlə onların məhkəmə işlərini qaldırmışam”, xanım Mijatovic deyib. “Azərbaycanda azad mediaya qarşı ədavətin azalması deyil, çoxalması məni kədərləndirir”, o əlavə edib. Baş redaktor Cinayət Məcəlləsinin dövlətə xəyanət, milli və dini ayrı-seçkiliyin salınması və qanunsuz narkotik maddənin saxlanması və yayılması maddələri üzrə təqsirli bilinib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılan qərara görə, cənab Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, bu barədə AzadlıqRadiosu xəbər verir.

“Dərin narahatlıq”

Xanım Mijatovic həmçinin Bizim Yol qəzetinin jurnalisti Pərviz Həşimli və P.S Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə qarşı irəli sürülən ittihamlar barədə narahatlığını bildirib və hakimiyyəti “Məmmədova və digər jurnalistlərə qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə və onları azad etməyə” çağırıb. 
Qərar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çıxarılıb. “Mən müstəqil media ətrafında müşahidə olunan mənfi məlumatlar barədə dərin narahatlıq keçirirəm, xüsusilə prezident seçkiləri ərəfəsində”, o əlavə edib.