Bu gün AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu dəfə ki, prosesdə zərərçəkmiş Tofiq Səlimov da iştirak edib. Tofiq Səlimov öz şikayət ərizəsini geri götürsə də prokuror buna qane olmayıb. Belə ki, prokuror Dəyanət Babayevə 4 il həbs cəzası istəyib. Məhkəmə hökmü sentyabrın 30-da oxunacaq. Xatıqladaq ki, Dəyanət Babayevin bu iş üzrə 11-ci məhkəmsidir. Əvvəlki məhkəmələrdə zərərçəkən iştirak etmədiyinə görə məhkəmə prosesi yubadılırdı. Xatırladaq ki, Dəyanət Babayev Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə ittiham edilir.