Partiya müxalifətçilərə qarşı övladla təzyiqi lənətlədi
“Baş verən hadisələrin xarakteri bütün bu əməllərin eyni mərkəzdən idarə olunan siyasi sifariş olduğunu göstərir”
Son günlər baş verən hadisələr, müxalif liderlərə, xüsusən də onların ailə üzvlərinə qarşı baş verən hadisələr, gənclərə qarşı həyata keçirilən repressiya siyasəti ilə bağlı VHP bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Milli demokratik qüvvələrə, xüsusilə də gənclərə qarşı hakimiyyətin zor aparatı son günlər daha kəskin addımlar admaqdadır. 22 setyabr mitinqindən sonra AXCP sərdri Əli Kərimlinin oğlunun şərlənərək həbs edilməsi, Milli Şuranın sözçüsü Oqtay Gülalıyevin oğlunun döyülərək bıçaqlanması dediklərimizə sübutdur. Baş verən hadisələrin xarakteri bütün bu əməllərin təsadüf deyil, eyni mərkəzdən idarə olunan siyasi sifariş olduğunu göstərir.Bu həm də birinci hal deyil, zəncirvari zorakı əməllərin davamıdır. Təzəxan Mirələmlininin, Gültəkin Hacıbəylinin və onlarla digər müxalif fəalların timsalında biz bu cür təzyiq üsulunun dönə-dönə şahidi olmuşuq. Hakimiyyət 20 il ərzində iradəsini qıra bilmədiyi insanlara indi övladları – gənclər vasitəsilə təzyiq göstərməyə çalışır.
Bu gün həbsxanalarda cəza çıkən NİDA-çılar da bu belə bir əcaib siyasətin qurbanlarıdır.
Vətəndaş Həmrəyliyi Partiyası bütün baş verənləri qətiyyətlə pisləyərək, tezliklə repressiyalara son qoyulmasını tələb edir“.
***
Yeri gəlmişkən bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təsis edilməsindən 21 il ötür. Partiyanın təsis qurultayı 1992-ci il sentyabrın 26- da Gənc Tamaşaçılar Teatırında keçirilib. Paartiya bu gün də o zaman qaldırdığı “Nicatımız Vətəndaş Həmrəyliyidir” şüarı ilə hərəkət edir.
Partiyanın rəsmi saytında qeyd olunur ki, VHP tərəfindən Azərbaycan cəmiyyətinə gətirilən “vətəndaş həmrəyliyi”, “vətəndaş birliyi”, “milli birlik” kimi ideoloji prinsiplər aradan illər keçəndən sonra genişlənərək böyük ictima gücə çevrilib.
Bu gün VHP-nin səksənə yахın rаyоn təşkilatında 20 minə yaxın insan birləşib. Müstəqilliyimiz başlayan dövrdən pаrlаmеntdə təmsil оlunаn VHP hazırda dеmоkrаtik qüvvələr düşərgəsində öz yеri olan pаrtiyаlаrdаn biri sayılır.
VHP-nin bir çox üzvləri hazırda İctimai Palata və Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunmaqdadır.
Partiya Azərbaycanda tam demokratiyaya, insan haqlarına, söz azadlığına nail olmağı hədəfi elan edib və bu siyasi kursu sonadək davam etdirməkdə qərarlı olduğunu bildirir.