Telman İsmayılovun şərikinə 27 il həbs

«AST Qrup»un keçmiş direktoru Januko Rafailova ittiham irəli sürülüb. «Aznyus»un məlumatına görə, o cinayətkar qruplaşma yaratmaqda, qeyri-leqal miqrasiyanın təşkilində və qul əməyindən istifadədə ittiham olunur. Rusiya İstintaq Komitəsinin mətbuat katibi Yelena Molotilkinanın bildirdiyinə görə, Rafailovu 27 il həbs cəzası gözləyir. Rafilova qarşı ittihamnamədə göstərilir ki, o, AST Şirkətlər Qrupuna aid olan “AST Karqo”da icraçı direktor işləyərkən 700 Vyetnam vətəndaşının sənədlərini əllərindən alaraq onları qul kimi işlədib. Vyetnamlılara sutkada 16 saat işləməklə yanaşı işgəncələrə də məruz qalıblar, onlara bir qəpik də olsa əməkhaqqı ödənməyib. Bundan başqa Rafailov və onun cinayəтkar dəstəsi gizli sexlərdə Adidas və Chanel kimi tanınmış brendlərin mallarını istehsalını təşkil edirmiş. Rafailov iki tacik vətəndaşının qətlində də şübhəli bilinir. Maraqlıdır ki, Rafailov saxlandıqdan sonra AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov keçmiş tarixlə onun vəzifəsindən çıxarıb. İstintaq müəyyən edib ki, Rafailov «AST Karqo»da və şirkətə daxil olan daha iki MMC-də Telman İsmayılovla bərabər paya malik imiş. Rafilovun işi ilə bağlı Telman İsmayılovun da dindiriləcəyi deyilir. Bunun üçün Moskvadan istintaq qrupu Antalyaya gedəcək.