Lənkəran təhsilində nə baş verir?

Şahanə xanım Lənkəran təhsil şöbəsinə müdir təyin olunandan sonra burada təhsil nəinki şahanə səviyyəyə qalxdı, əksinə daha aciz günə qaldı.

 

Lənkəran təhsili bütün sahələr üzrə çox aşağı səviyyəyə endi, məktəblər açıq-aşkar alver məkanına çevrildi. Lənkəran təhsili ilə bağlı ölkə mətbuatında gedən yazıları rəhbərlik hər hansı formada təkzib etmək gücündə olmadı. Bu yaxınlarda isə bizə verilən məlumata görə Lənkəran təhsil şöbəsində mükafat alverinə sitat verilib. 

Məlum olduğu kimi hər il, müəllimlər günü ərəfəsində ölkə üzrə az qala hər rayonda bir müəllimə Əməkdar, bir neçə müəllimə “Tərəqqi” medalı verilir. Şahanə xanım bunu da çörəkli işə çevirmək üçün maraqlı yollar fikirləşib. Hansı məktəb direktoru problemlidir mükafatlar həmin müəllimə, yaxud direktora verilir ki, onlar bu mükafat vasitəsi ilə qaranlıq keçmişlərini ört-basdır edə bilsinlər. Bu il Lənkəran rayonunda mükafata təqdim olunana müəllimlərlə sizi yaxından tanış edirik?

Lənkəran şəhər 8 saylı tam orta məktəbin direktoru Aslan İbrahimov Ölkənin Əməkdar müəllimi olmağa namizəd göstərilib. Bu məktəbdən təhsilin səviyyəsinin bərbadlığı bir yana, ötən il bir şagirdin müəllim tərəfindən amansızlıqla döyülməsi də hələ ki, çoxlarının yadından çıxmayıb. Həmin döyülmənin videoları da Youtubda yayımlandı. Bəs nəticə nə oldu? Şikayət edən valideyn narkotiklə şərlənər həbs olundu.

İndi isə “Tərəqqi” medalına təqdim edilən Separadi məktəbində çalışan Şöhrət müəllimlə tanış olun. Bir çox vəzifələri dişinə vuran, lakin çalışdığı hər yeri ciddi nöqsanlarla tərk edən Şöhrət müəllim indi medal almaq eşqinə düşüb. Şöhrət müəllim əvvəllər çay fabrikində məsul vəzifədə çalışıb, həmin kənddə Rayon İcra hakimiyyəti Başçısının nümayəndəsi, bir müddət isə məktəbin direktoru işləyib. Hazırda onun həyat yoldaşı həmin məktəbin direktorudur. Sual yaranır bu kənddə bütün vəzifələr və mükafatlar eyni hadisəyə məxsusdur?

Belə məqamlar isə Təhsil Şöbə müdiri Şahanə xanımı maraqlandırmır. O, bu vəzifədə qısa müddət çalışsa da, yaxşı bilir ki, pul saxtaklarlığı yaxşı bacaran, keçmişində qaranlıq məqam olan şəxslərdədir. Belələri bu əməllərini ya hacı, kərbalaytı, ya da müxtəlif fəxri adlarla ört-basdır etməyə çalışırlar.

Verilən məlumata görə, hər iki təqdimat həm həmin müəllimlərin çalışdığı kollekivlərdə, həm rayon ziyalıları arasında narazılıqla və istehza ilə qarşılanıb.

 Cənub xəbərləri