Bu gün axşam saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb
“28 May” metro stansiyasında gənc qız ölümdən son anda qurtulub. Belə ki, təxminən 19:00 radələrində, insanların nisbətən çox olduğu vaxtda sözügedən stansiyada vaqona minmək istəyən qız qapıların arasında qalıb. Buna vaqonda, eləcə də platformada insanların sayının kifayət qədər çox olması səbəb olub. Vaqona minmək istəyən xanım buna qismən müəssər olub. Onun bədəninin bir hissəsi vaqona tam keçsə də, digər hissəsinin içəri keçməsinə imkan verilməyib.
Vaqona daxil ola bilməyəcəyini anlayan gənc qız çıxmaq qərarına gəlib. Elə bu zaman qapılar bağlanıb və metro hərəkətə start verib. Qızın əlləri vaqonun içərisində, bədəninin digər hissəsi isə platformada qalıb. Yalnız sərnişinlərin səyi nəticəsində qızı xilas etmək mümkün olub. Hərəkət etmək istəyən qatar dayanıb, qapılar açılıb, şoka düşmüş xanım platformaya çıxarılıb. (milli.az)