Mlli Şuranın vahid namizədi Cəmil Həsənlinin mətbuat xidmətinin rəhbəri Oay Gülaliyev və ailəsinə hüquq-mühafizə orqanlarının ədalət mühakiməsi adı altında törətdiklərini AXCP şiddətlə qınayır.
Oqtay Güləliyevin oğlu Əli Güləliyev sentyabrın 22-də müammalı formada bıçaqlanıb. Atasının qənayətinə görə bu hadisə birbaşa onun ictimia-siyasi fəaliyyəti ilə bağlıdır.
Bu gün günorta saatlarında özlərini Xətai rayon polis idarəsinin əməkdaşları kimi təqdim edən şəxslər Oqtay Güləliyevin evdə olmasından istifadə edərək zorla mənzilə soxulub, Əlidən onun iradəsinə zidd ifadə almaq istəyiblər.
Polislər Əli Güləliyevə təzyiq edərək baş verən cinayət işini bu işə aidiyyatı olmayan başqa bir nəfərin üzərinə qoymaq üçün ona fiziki və mənəvi təzyiqlər göstərib.
Bu hadisə zamanı bütün Güləliyevlər ailəsi təhqirə məruz qalıb.
AXCP bəyan edir ki, polisin gerçək araşdırma yerinə təsvir edildiyi kimi qanunsuz, zorakı, mənəvi prinsipləri pozaraq hərəkət etməsi bir daha Oqtay Güləliyevin qənayətlərini, şübhələrini gücləndirir.
AXCP hesab edir ki, siyasi rəqiblərin övladlarını “zəif həlqə” hesab hücüm təşkil etmək hakimiyyətin mənəvi böhranın pik həddə olduğunu sübut edir.
AXCP bildirir ki, bu cür davarnış, heç kimə, heç bir cinaha uğur və baş ucalığı gətirə bilməz.
AXCP baş verən cinayətin obyektiv araşdırılmasını, eyni zamanda hüquq-mühafizə orqanlarının siyasi fəallara qarşı “dəyənək” rolunda çıxış etməsinə son qoyulmasını tələb edir.