Bu gün saat 15:15-də Ali Məhkəmədə ReAL hərəkatının sədri İlqar Məmmədovun MSK-ya qarşı qaldırdığı iddiaya baxılıb. ReAL-ın Ali Məclis sədri Erkin Qədirlinin “Azadlıq”a verdiyi məlumata görə, İlqar Məmmədov məhkəməyə gətirilmədiyi üçün vəkil vəsatətlə çıxış edib və məhkəmə təxirə salınıb: “İlqar Məmmədovun məhkəmədə iştirak etməsi üçün vəkil vəsatətlə çıxış etdi. Hakim vəsatəti təmin etdi. Məhkəmə prosesi sentyabrın 27-i saat 15:00-a təxirə salındı”.
Ali Məhkəmə İlqar Məmmədovun şikayətinə baxır
•