ABŞ və Rusiya Çinə qarşı ittifaq yaradacaq

Hazırda Snoudenlə bağlı məsələyə görə Rusiya ilə ABŞ arasında münasibətlərdə gərginlik müşahidə olunan bri zamanda «Çin təcavüzkarına» qarşı birləşmək çağırışı diqqətdən kənarda qala bilməz. Çin mətbuatının yazdığına görə, Rusiya elitasının ABŞ-a münasibətində xeyli dəyişiklik müşahidə olunur. Amerika Rusiyaya təhlükə kimi qəbul olunur. Ancaq əgər bu iki ölkənin başının üzərini «ümumi təhlükə» alsa, ABŞ və Rusiya elitalarının mənafe birliyi ortalığa çıxacaq. Ümumi təhlükə isə Çin ola bilər. Ekspertlərin fikrincə, 2035-ci ilə Çin kifayət qədər təhlükəli olacaq və ABŞ-la Rusiya öz qüvvələrini ora qarşı birləşdirməli olacaq. 

azadlıq.info