Polşanın keçmiş prezidenti Lex Valensa sensasion bəyanatla çıxış edib. Azadliq.info-nun Daily Mail-ə istinadən verdiyi məlumata görə Valensa bildirib ki, Polşa ilə Almaniya vahid dövlət formasında birləşməlidirlər.
Onun fikirincə bu birləşmə iqtisadiyyat və müdafiə sahəsində daha böyük imkanların yaranması üçün vacibdir.
Valensa hesab edir ki, ilk növbədə Avropanın böyük dövlətləri arasında sərhədlər tamamilə aradan qaldırılmalıdır. Valensa hesab edir ki, Almaniya ilə keçmişdə yaşanan problemlər unudulamlı, Polşanın və Avropanın daha da güclənməsi üçün biz birləşməliyik.