Suriyada aləm qarışdı

«Əl-Qaidə»nin qrupları bir-birinə silah çəkdi

 

Suriyanın şimal-şərqində “Əl-Qaidə” terror təşkilatına bağlı iki qruplaşma – “Iraq və Suriya Islam Dövləti” və “Əl-Nusra Camaatı”nın silahlıları arasında döyüş başlayıb. “Iraq və Suriya Islam Dövləti” və “Əl-Nusra Camaatı” arasında döyüşlərin müxalif Suriya Azadlıq Ordusu və “Iraq və Suriya Islam Dövləti” arasında barışıq elan olunması fonunda başlaması da diqqət çəkir.

Suriya Azadlıq Ordusu və “Iraq və Suriya Islam Dövləti” arasında Türkiyə ilə sərhəddəki Azaz şəhəri uğrunda bir neçə gün davam edən döyüş olub. Barışıq elan olunandan sonra “Iraq və Suriya Islam Dövləti”nin döyüşçüləri Şehadi şəhərində “Əl-Nusra Camaatı” qruplaşmasının qərargahını ələ keçirib. Qeyd edək ki, “Əl-Nusra Camaatı” “Əl-Qaidə” lideri Ayman az-Zavahiriyə sədaqət andı içsə də, “Iraq və Suriya Islam Dövləti” bundan imtina edib. Bu arada Suriya Azadlıq Ordusunun Idlib əyalətində “Iraq və Suriya Islam Dövləti”nin mövqelərinə hücum çəkdiyi xəbəri yayılıb. Suriya Azadlıq Ordusu bunu “Iraq və Suriya Islam Dövləti”nin vədinə xilaf çıxaraq əsirləri azad etməməsi ilə əlaqələndirib. Döyüş nəticəsində “Iraq və Suriya Islam Dövləti”nin Idlibdəki qrupunun rəhbəri Əbu Abdulla əl-Libi və 12 döyüşçüsü öldürülüb(lent.az).