Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton sentyabrın 23-də Iranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə keçirdiyi görüşdən danışıb. K.Eşton sentyabrın 23-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutan görüşü yaxşı və konstruktiv adlandırıb:
“Biz Iranın nüvə proqramı ilə bağlı bir sıra mühüm məsələlərlə əlaqədar danışıqlar apardıq. Sentyabrın 26-da Nyu-Yorkda Iranla ”altılıq” ölkələrinin xarici işlər nazirləri arasında nüvə müzakirələrini davam etdirmək barədə razılıq əldə olundu”(APA).