Sabiq deputat Gülər Əhmədovanın istintaqı bitib və iş sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumatı “Media forum” saytına Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.
Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.