Cəmil Həsənli gənclərlə görüş keçirəcək

N!DA Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatı sentyabrın 27-də Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə gənclərin görüşünü keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək görüş axşam saat 19:00-da baş tutacaq.
C.Həsənli görüşdə seçki öncəsində gəncləri maraqlandıran sualları cavablandıracaq.