Gədəbəy və Ağdaşda plakatlar cırılır
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərərgahından «Azadlıq»a verilən məlumata görə, rayonlarda yerli icra strukturları müxalifət namizədinin təbliğatına maneələr artmaqdadır. Seçki qərərgahının rəhbəri səlahiyyətlərini icra edən Gözəl Bayramlının verdiyi məlumata görə, Gədəbəy rayon icra hakimiyyəti başçısı Ramiz Yedgarovun Cəmil Həsənlinn plakatlarının cırılması ilə bağlı DSK və Məntəqə Seçki Komissiyalarına tapşırıq verib. Buna etiraz edən AXCP Gədəbəy rayon şöbəsinin sədri Ramiz Novruzov isə təzyiqlərə məruq qalıb. hazırda R.Novruzov polis şöbəsindədir və onun aqibətinin necə olacağı bilinmir.
G.Bayramlı Ağdaş rayonunda da Cəmil Həsənlinin plakatlarının cırılması hallarına rast gəlindiyini deyir. belə ki, rayonun Orta Ləki məktəbinin və kənd bələdiyyəsinin qarşısında Cəmil Həsənlinin plakatlarının götürüldüyünü deyir. Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Həmid Azəri buna etiraz etsə də, yerli icra orqanları plakatları küləyin apardığını deyib. Lakin plakatların cırıldığı açıq-aydın görsənir.
Kürdəmir rayonunda isə əhali namizədlərin debatlarına baxmaq imkanından məhrum edilib. Belə ki, həftənin cüt günləri debat başlanan zaman rayonda işıqlar söndürülür, debatlar başa çatandan bir neçə dəqiqə sonra isə yandırılır.
G.Bayramlı Nəqliyyat Nazirliyi əməkdaşlarına seçkilərlə bağlı xüsusi tapşırıq verildiyini də bildirdi. Belə ki, nazirliyin bütün strukturlarında çalışanlara qeydiyyatda olduqları ərazidən çıxmaq tapşırılıb. Nazirlikdəki mənbənin verdiyi məlumata görə, işçilərə bildirilib ki, onlar seçki günü hara göndərilsələr, orda da səs verməli olacaqlar. Buna da «karusel» əməliyyatı üçün nəzərdə tutulan bir addımdır.
Fizzə