Daxili İşlər Nazirliyi bu gün saat 03.30 radələrində Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Nərimanov rayonu Azadlıq prospektində Bakı şəhər sakini Fuad Mehdiyev idarə etdiyi “VAZ-21144” markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə F.Mehdiyevin sərnişinlərindən 20-25 yaşlı kişi hadisə yerində ölüb, özü və digər sərnişini, 20-25 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib. Həmin şəxs xəstəxanada ölüb. (lent.az)