Italiya hüquq-mühafizə orqanları “Interpol”un xətti ilə7 “qanuni oğru” barəsində beynəlxalq axtarış elan ediblər. Siyahıda azərbaycanlı Rövşən Canıyev (Rövşən Lənkəranski), altı gürcü və bir erməni “avtoritet” var. Onların əksəriyyətinin Rusiya ərazisində olduğu ehtimal edilir.
Bu səbəbdən Rusiya hakimiyyətindən bu şəxslər barədə müvafiq informasiyanın verilməsi xahiş edilib. Adı çəkilənlər qətllərdə və pulların “yuyulması”nda ittiham olunur(Turan).