Jurnalistin vəkillə görüşünə yenə imkan verilmədi
“Bizim Yol” qəzetinin əməkdaşı və “Moderator.az” saytının rəhbəri, hüquq müdafiəçisi Pərviz Həşimlinin vəkili Elçin Sadıqov dünən görüş üçün Milli Təhlükəsizlik Nazirliyinə getsə də, yenə də görüşə buraxılmayıb. Bu barədə “Azadlıq”a jurnalistin atası Kamran Həşimov məlumat verib.
Kamran Həşimov qeyd edib ki, saxlandığı vaxtdan bəri Pərvizlə vəkilin görüşməsinə razlıq verilmir. Buna görə də o, oğluna işgəncə verildiyindən şübhələnir. Kamran Həşimov oğlunun vəziyyətinə aydınlıq gətirilməsinə yardım etmək üçün beynəlxalq təşkilatlara, Azərbaycandakı diplomatik korpusa, o cümlədən ABŞ-ın səfiri Riçard Morninqstara müraciət edib.
Kamran Həşimov oğlunun qanunsuz həbsi ilə bağlı ölkə başçısı İlham Əliyevə də müracit ünvanlayıb.