Milli Şura Pərviz Həşimliyə işgəncə xəbərlərindən narahatdır

MTN-nin qondarma ittihamları ilə həbs edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin sağlamlığı barədə şübhəli məlumatlar gəzir. Jurnalistin həbs edildiyi bir neçə gün olmasına baxmayaraq o hələ vəkili ilə görüşə bilməyib. Baş verənlərlə bağlı Milli Şura bəyanatla çıxış edib. Bəyanatda deyilir: “Pərviz Həşimliyə işgəncə verildiyinə dair məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradır. Milli Şura hesab edir ki, Pərviz Həşimlinin həbsi siyasi sifarişdir və məqsəd fəal hüquq müdafiəçisi və jurnalisti bu cür ağır ittihamlarla həbs etməklə cəmiyyəti pressinq altında saxlamaqdır. Demokratik Qüvvələrin Milli Şurası hakimiyyətdən tələb edir ki, Pərviz Həşimliyə qarşı qondarma ittihamlardan imtina edilsin. Pərviz Həşimli vəkili ilə görüşdürülsün və onun səhhəti ilə bağlı cəmiyyətə dəqiq məlumatlar verilsin”.