Kürdəmirdə şagird-müəllim səfərbərliyi

Kürdəmir rayonunda bütün məktəblərdə dərslər dayandırılıb. Müəllim və şagird heyəti səfərbər edilərək şəhər stadionuna aparılıb. Bu barədə rayondakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, saat 11-dən etibarən şagirdlər evlərinə göndərilib.

Onlara bildirilib ki, müəyyən edilmiş vaxtda mərkəzi şəhər stadionunda olsunlar. Bütün məktəblərin direktorlarına qəti tapşırıq verilib ki, siyahı tutsunlar. Siyahıda adı olmayanlar stadiona gəlməyəcəyi halda cəzalandırılacaqlar. Stadionda Bakıdan gəlmiş sənətçilərin prezidentə dəstək konserti keçirildiyindən oranın boş görünməməsi üçün büdcə təşkilatlarında çalışanlardan da iltizam alınıb. Onlar öz ailə üzvləri ilə stadiona gəlməlidilər, deyə mənbə bildirib.