Kürdəmirdə kuryoz hadisə baş verib. Rayonunu Şilyan kəndinə gələn bu rayondan deputat seçilmiş Fərhad Qəribov qanuna zidd olaraq təbliğat aparmış. Kənddə prezidentin təbliğini aparan deputatın özü də gözləmədiyi halda ATƏT nümayəndələri kəndə giriblər.
Qəribov bunu gözləmədiyindən çaş-baş vəziyyətə düşüb. Görüşü dərhal dayandıraraq maşınına minərək orada gizlənib. Amma ATƏT nümayəndələri deputatı maşında haqlaya biliblər. Deputat onlara bildirib ki, sadəcə seçicilərlə görüş keçirirmiş. Amma kənd sakinlərindən biri onun bu yalanın faş edib. O, qonaqlara bildirib ki, Qəribov bu kənddə seçki təbliğatı aparmış. ATƏT nümayəndələri bu barədə qeydlər aparıblar.