Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mühafizə xidməti gücləndirilib. C.Həsənlinin həyatına təhlükənin ola biləcəyi barədə məlumatlar daxil olduqdan sonra Seçki Qərargahı bu barədə qərar qəbul edib.
Turan-ın müxbiri də son iki gündə C.Həsənlinin ətrafında daha çox mühafizəçinin olduğunu müşahidə edib. Mühafizəçilər çox ehtiyatlıdırlar, şübhəli nə varsa hamısını diqqətlə müşahidə edirlər. Müşahidəçilər hesab edir ki, C.Həsənlinin son çıxışlarından sonra həyatına təhlükələr arta bilər.