Yaponlar üzgüçü robot düzəltdilər (FOTO)

Tokio Texnologiya İnstitutunun əməkdaşları müxtəlif üslubda üzə bilən humanoid robot hazırlayıblar. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yerli mətbuat məlumat yayıb.

İxtiraçılar hesab edirlər ki, korpusu plastikdən düzəldilmiş və boyu 90 sm, çəkisi 7 kq olan robot dünyanın ən yaxşı üzgüçüləri ilə rəqabət apara bilər.

Mühəndislər robotun Olimpiya çempionlarının hərəkətlərini yerinə yetirməsi üçün texniki xüsusiyyətlərini yaxşılaşdırmaq niyyətindədirlər.